• HADİSƏ

    21:34 3 aprel 2021

Samuxda partlayış olub, xəsarət alan var

Samuxda evdə qaz sızması partlayışa səbəb olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

Partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Vəliyeva Aytəkin Nazim qızı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır odluğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR