• HADİSƏ

    23:05 7 yanvar 2020

Samuxda partlayış zamanı nənə və nəvə xəsarət alıb

Samuxda partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü İsmayılova Elmira Kərəm qızı və onun nəvəsi 6 yaşlı İsmayılova Elmira Elçin qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılara lazımi tibbi yardım göstərilib, nənənin vəziyyətinin kafi olduğu bildirilir. Uşaq isə səhhətinin ciddiliyi ilə əlaqədar paytaxt xəstəxanalarından birinə göndərilib.

Qeyd edək ki, hadisə yaşayış evində qaz sızmasından baş verdiyi ehtimal olunur. Təfərrüatlar araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR