Samux sakini mübahisə etdikdən sonra "Niva" markalı avtomobillə qohumunun üstündən keçib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.
18 yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədəninin müəyyən hissələrində sınıq xəsarətləri aşkarlanıb. İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident onlar arasında yaranmış mübahisədən sonra baş verib. Ardından hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Hazırda onun saxlanılması üçün Samux Rayon Polis Şöbəsində əməliyyat istintaq qrupu yaradılıb.
Faktla bağlı araşdırma apaılır.