• HADİSƏ

    20:45 24 sentyabr 2019

Samuxda xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Polis əməkdaşları Samuxda narkotik maddəni həyətində əkib-becərən şəxsi iş başında tutub.

APA-nın yerli bürosnun məlumatına görə, Samux rayon polis şöbəsinə Qarayeri qəsəbə sakini 42 yaşlı Fərhad Bağırovun yaşadığı evin həyətində narkotik vasitələr əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları alim-aqronomların iştirakı ilə Bağırovun yaşadığı ünvana baxış keçiriblər. Baxış zamanı evin həyətindən aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 11 ədəd çətənə kolu, eləcə də həmin kollardan yığılaraq qurudulmuş xeyli miqdarda marixuana aşkarlanıb.

Saxlanılan F.Bağırov aylardır narkotik əkib-becərməsini etiraf edib. O, narkotik vasitənin toxumlarını çay kənarından tapdığını və şəxsi istifadəsi üçün əkdiyini deyib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə iş başlanılıb. İstintaq aparılır. Günahı sübuta yetirilərsə, F.Bağırovun ilk məhkumluğu olacaq.

Fakta bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR