• HADİSƏ

    09:12 4 avqust 2019

San-Fransisko hava limanında plastik qablarda su satışı qadağan edilib

Ətraf mühitin mühafizəsi çərçivəsində ABŞ-ın San-Fransisko Beynəlxalq Hava Limanında (Kaliforniya ştatı) plastik qablaşmada olan suların satışı qadağan ediləcək.

APA “Fox News”a istinadla xəbər verir ki, qadağa avqustun 20-dən qüvvəyə minəcək.

Bildirilir ki, bu, hava limanı ərazisindəki bütün satış və iaişə nöqtələrinə şamil olunacaq. Sərnişinlərə təkrar istifadə edilə bilən - alüminium və ya şüşə butulkalardan istifadə etmək tövsiyə edilib.

Yeni qaydanı pozanları hər hansı bir cəzanın gözlədiyi vurğulanmayıb. Hava limanının nümayəndəsi Daq Yakel qeyd edib ki, ümid edirlər ki, qanunun bu qədər sərtləşdirilməsinə ehtiyac olmayacaq.

Artıq hava limanında plastik qablaşdırmalarda olan qida məhsullarının satışına məhdudiyyət qoyulub.

Qeyd edək ki, ABŞ-da ilk dəfə olaraq 2014-cü ildə müvafiq dövlət orqanları tərəfindən plastik torbaların istifadəsini qadağan edən qanun qəbul edilib. Kaliforniya ştatı isə ətraf mühitin qorunması, xüsusən də birdəfəlik istifadə edilə bilən plastik məhsullarla mübarizədə öncüllər sırasındadır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR