• HADİSƏ

    18:05 9 iyun 2019

Saray qəsəbəsində elektrik xətlərində qısaqapanma olub, yanğın baş verib

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, yanğın Saray qəsəbəsi "Üzümlük" yaşayış massivində qeydə alınıb.

Elektrik xətlərində baş verən qısaqapanma böyük otluq ərazidə yanğının başlaması ilə nəticələnib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və yaxınlıqdakı evlərə keçməsinin qarısı alınıb.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR