• HADİSƏ

    13:52 4 may 2019

Saxta abituriyent jurnalı nəşr edən şəxslər cinayət məsuliyyətinə cəlb edilib

Saxta abituriyent jurnalı nəşr etdirən Məhəmməd İntiqamoğlu və Rafayel Qorçiyev barəsində cinayət işi başlanıb.

ONA-nın xəbərinə görə, həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 165.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə "Abituriyent" Jurnalı Redaksiyası və "Hədəf Nəşrləri" MMC zərərçəkmiş qismində tanınıb.

Onların işi araşdırılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR