Bakının Səbail rayonunda bir nəfər qadının döyülməsi faktı aşkarlanıb.
APA xəbər verir ki, hadisə rayonun M.Hüseyn küçəsində yerləşən restoranlardan birində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Məhərrəmova Səbinə Gündüz qızı restoranda naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək 221 manat pulu əlindən alınıb.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fakt araşdırılır.