• HADİSƏ

    02:35 24 may 2019

Səbail rayonunda kişi meyiti tapılıb

Bakının Səbail rayonunda ölüm hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, Bayıl qəsəbəsində mənzildə təxminən 50-55 yaşlı kişi meyiti tapılıb.

Onun şəxsiyyəti hələlik məlum deyil. Meyit Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisə yerində Səbail Rayon Prokurorluğunun əməkdaşları ekspertiza işləri aparıb.

Ölümün dəqiq səbəbləri araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR