"Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğın söndürülüb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB-5[/color]
  • HADİSƏ

  • 03:52 05 Avqust 2019

"Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-5

"Sədərək" ticarət mərkəzində baş vermiş yanğın artıq söndürülüb.

ONA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yer alıb.

Məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.​

***

Saat 19:55

"Sədərək" Ticarət Mərkəzindəki yanğın artıq 3 saata yaxındır ki, davam edir. Hazırda yanğın tam məhdudlaşdırılıb, yanma təhlükəsi yoxdur".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib.

Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb: "Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçuraraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ".

E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.

Yanğının səbəblərinə gəlincə, E.Mirzəyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək".  

***

Saat 18.40

Bu gün  "Sədərək" Ticarət Mərkəzində yanğın parfümeriya mağazasında başlayıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın daha sonra müxtəlif malların saxlandığı anbara keçib.

Hazırda anbarda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Saat 17.36

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

***

Saat 17.31

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə ticarət mərkəzində yerləşən anbarlardan birində meydana gəlib.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR