• HADİSƏ

    17:34 3 may 2019

Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbiri seçilib - VİDEO - YENİLƏNİB

Bu gün narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

ONA-nın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib. Ş. Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

***

Saat 16:23

Narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılır.

ONA-nın xəbərinə görə, Ş. Ağacan Xətai Rayon Məhkəməsinə gətirilib. Birazdan hakim Cavid Hüseynin sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılacaq.

Xatırladaq ki, Ş. Ağacanın saxlanılması barədə ilk xəbər ONA xəbər agentliyində yayımlanıb. Xəbərdə qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR