• HADİSƏ

    10:36 28 mart 2019

Səhiyyə Nazirliyinin aparat rəhbərinin bağ evi qarət edilib

Bakıda nazirliyin aparat rəhbərinin evindən oğurluq edilib.

ONA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ləhic bağlarında qeydə alınıb.

Səhiyyə Nazirliyinin aparatının rəhbəri, 1976-cı il təvəllüdlü Nadir Azər oğlu Zeynalova məxsus bağ evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər N.Zeynalova məxsus bağ evindən paltaryuyan maşın, televizor, samovar və digər məişət əşyalarını oğurlayıb.

Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR