• HADİSƏ

    22:30 12 may 2019

Şəki sakini dostunun oğlu tərəfindən bıçaqlanıb

Şəkidə 62 yaşlı kişi bıçaqlanıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki şəhəri, Bağbanlar küçəsi ev 14 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Qabil Ələsgər oğlu İbrahimov bir neçə bıçaq xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən ONA-ya bildirilib ki, müayinə zamanı Q.İbrahimov dostunun oğlu tərəfindən bıçaqlandığını deyib. Q.İbrahimova sol budun arxa səthinin, sağ qolun bazu və bilək nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR