• HADİSƏ

    10:16 25 fevral 2019

Şəki sakinindən yarım kiloqram narkotik götürülüb

Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-ya verilən məlumata görə, Şəki şəhər-rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Şəhər sakini Sərxan Abdurəhimov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 475 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Vüqar Heydərov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR