• HADİSƏ

    18:01 16 may 2019

Şəkidə 2 aylıq körpə xəstəxanada ölüb

Şəkidə xəstəxanada iki aylıq körpə naməlum səbəbdən ölüb.

ONA-nın məlumatına görə, rayonun Yeni Çələbixan qəsəbəsinin sakini, 2019-cu il təvəllüdlü (iki aylıq körpə) Mirzəyeva Zəhra Aftandil qızı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Körpə xəstəxanada ölüb. Ölümün səbəbləri məlum deyil.

Ölüm faktı ilə bağlı körpənin valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib.

Araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR