Şəkidə bir nəfərin dərmandan zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saat 06:00 radələrindəŞəki şəhəri, Sabir küçəsi ev 6 ünvanında yaşayan 1998-ci il təvəllüdlü CahangirTeymurxan oğlu Süleymanlı zəhərlənmə əlamətləri ilə Şəki Rayon MərkəziXəstəxanasına daxil olub.
C.Süleymanlının istədiyi qızdan ayrıldığı üçün yaşadığı ünvanda iki adda bir-neçədərman həbi qəbul etdiyi məlum olub.
Tibb müəssisəsindən bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən C.Süleymanlıya lazımi tibbi yardım göstərildikdən sonra vəziyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.