• HADİSƏ

    17:29 18 mart 2019

Şəkidə 22 yaşlı oğlan itkin düşüb - FOTO

Şəkidə 22 yaşlı oğlan itkin düşüb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü Şəki şəhər sakini Fərman Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Evdən çıxanda əynində qara rəngli gödəkcə, cins şalvar və qəhvəyi rəngli köynək olub. F.Abdurəhimovun boyu 160 sm, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Vüqar Heydərov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR