• HADİSƏ

    09:59 8 aprel 2019

Şəkidə üç məktəbli qızı avtomobil vurub - VİDEO

Şəkidə 11-ci sinif şagirdlərini avtomobil vurub.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında M. Ə. Rəsulzadə prospektində baş verib. Rayon sakini Çingiz Hümmətov idarə etdiyi “VAZ 21010” markalı, 55 BO 910 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyadalar, Şəki şəhər sakinləri- 2001-ci il təvəllüdlü Nazənin Rafiq qızı Musayeva, 2002-ci il təvəllüdlü Süsəngül Şəmsəddin qızı İslamova və 2002-ci il təvəllüdlü Türkən Tərlan qızı Məmmədovanı vurub. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan ikisinin xəsarəti yüngül olduğundan evə buraxılıb. N. Musayevanın isə xəstəxanada müalicəsi davam etdirilir.

Hər üç qızın 11-ci sinif şagirdi olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR