Dekabrın 11-i axşam saat 23 radələrində rayonun İnçə kənd sakini, 1982-ci il təvəllüdlü Rəsul Yusif oğlu Mahmudov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, müayinə zamanı R.Mahmudovun spirtli içkidən zəhərlənməsi məlum olub.
Onun reanimasiya şöbəsinə köçürüldüyü bildirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.