Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, iyunun 28-dən 29-na keçən gecə rayonun Kiş kənd sakini, 1971-ci il təvəllüdlü Mübariz Əli oğlu Məhərrəmov qarın
boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz etməyən və sol saidin kəsilmiş-cırılmış xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı sərxoş vəziyyətdə olan M.Məhərrəmov yaşadığı ünvanda ailə münaqişəsi zəmnində bıçaqla özünə xəsarət
yetirib. M.Məhərrəmova lazımı tibbi yardım göstərilib, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.