Şəkidə Kiş çayına yıxılan 49 yaşlı kişi ağır xəsarət alıb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Kiş kənd sakini, 1970-ci il təvəllüdlü Məmməd Nurəddin oğlu Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssəsindən ONA-ya bildirilib ki, müayinə zamanı M. Rəsulovun ehtiyatsızlıqdan Kiş çayına yıxılaraq xəsarət alması məlum olub. M. Rəsulova
1,2,3,4 və 5-ci bel fəqərələrinin sağ çıxıntısının sınığı dioqnuzu qoyulub, müalicəsi xəstəxanada aparılır.