• HADİSƏ

    11:49 5 mart 2019

Şəkidə 52 yaşli kişi itkin düşüb - FOTO

Şəkidə 52 yaşli kişi itkin düşüb.

ONA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, Şəki rayon Cumakənd kənd sakini, 1967-ci il təvəllüdlü Rəşid Yusifov fevralın 27-si axşam saatlarında yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Evdən çıxanda onun əynində qara rəngli palto, qara şalvar, göy jaket, ayağında açıq qırmızı rəngli çəkmə olub. R.Yusifovun boyu 167 sm, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Vüqar Heydərov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR