• HADİSƏ

    23:58 27 mart 2019

Şəkidə 58 yaşlı kişi intihar edib

Şəki sakini intihar edib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Dodu məhəlləsində, R.Əfəndiyev küçəsi, ev 2 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Məmmədrəhimov İlqar Abduləli oğlunun meyiti yaxınları tərəfindən aşkar olunub. 58 yaşlı İ.Məmmədrəhimovun intihar etməsinin səbəbi bilinmir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR