• HADİSƏ

    08:10 14 mart 2019

Şəkidə 7 otaqlı ev yanıb, xəsarət alan var

Şəkidə ev yanıb, ev sahiblərindən biri yanıq xəsarəti alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Şəki şəhərinin Haqverdiyev küçəsində, 1957-ci il təvəllüdlü Umarov Akif Vahid oğluna və 1988-ci il təvəllüdlü Umarov Vahid Mahir oğluna məxsus, ümumi sahəsi 150 kv/m olan kürsülü birmərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyü və 5 otağın yanar konstruksiyaları işərisindəki əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi A.Umarov sağ ayağından yanıq xəsarətləri aldığından Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona sağ ayağın bud və baldır nahiyəsinin ikinci dərəcəli yanıq xəsarəti diaqnozu təyin edilib, ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR