• HADİSƏ

    00:42 22 mart 2019

Şəkidə avtoqəza baş verib, yaralılar var

Şəkidə baş vermiş yol qəzasında dörd nəfər xəsarət alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan dörd nəfər - 1995-ci il təvəllüdlü Balakən rayon sakini Mehdiyev İsmayıl Nadir oğlu, 1997-ci il təvəllüdlü Balakən rayon sakini Əliyev Fərid Sabir oğlu, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Yusifov Rəşad Həsən oğlu və 1975-ci il təvəllüdlü Şəki rayon sakini Umudov Pərviz Nəriman oğlu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralılardan F.Əliyevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində, İ.Mehdiyevin müalicəsi isə cərrahiyyə şöbəsində aparılır. R.Yusifovun və P.Umudovun xəsarətləri yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis şöbəsində araşdırma aparılır.

Vüqar Heydərov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR