• HADİSƏ

    08:32 15 aprel 2019

Şəkidə baş vermiş yol qəzasında sürücü xəsarət alıb

Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, aprelin 14-də axşam saatlarında Şəki rayonunun Birinci Biləcik kənd sakini, 1965-ci il təvəllüdlü Xəlilov Nüsrət Məmmədəli oğlu döş qəfəsinin əziyi və qarnının küt travması diaqnozu ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, N.Xəlilov ifadəsində idarə etdiyi avtomobillə yol qəzasına düşdüyünü bildirib. Onun üzərində cərrahi əməliyyat aparılıb, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR