Şəkidə gənc oğlan özünü asaraq intihar edib.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə mayın 17-i axşam saat 23
radələrində rayonun Orta Zəyzid kəndində baş verib.
Kənd sakini, 2000-ci il təvəllüdlü Orxan Camal oğlu Abduləliyevin meyiti yaşadığı ünvanda asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 19 yaşlı gəncin intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.