• HADİSƏ

    21:33 1 sentyabr 2020

Şəkidə it azyaşlıya hücum edib

Şəkidə it 10 yaşlı uşağa çoxsaylı xəsarət yetirib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, 2010-cu il təvəllüdlü Şəki şəhər sakini Taleh İbrahimxəlil oğlu Mustafayev bədəninin çoxsaylı it dişləməsi və cırılmış yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, T.Mustafayevə şəhər ərazisində it hücum edərək ona xəsarət yetirib. T.Mustafayevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub.

T.Mustafayevin müalicəsi xəstəxanada davam etdirilir.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR