Şəkidə bir həftə əvvəl itkin düşmüş kişinin meyiti tapılıb. ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Cumakənd kəndinin sakini, 1967-ci il təvəllüdlü Rəşid Yusifovun meyiti kəndin inzibati ərazisindən axan çayın kənarında aşkar edilib. Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, R. Yusifov fevralın 27-si axşam saatlarında yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
Vüqar Heydərov