Şəkidə beşmərtəbəli binanın mənzillərinin birində yanğınla müşahidə edilən partlayış olub, nəticədə ev sahibi yanıq xəsarətləri alıb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Bağbanlar küçəsində qeydə alınıb.
Yaşayış binasının üçüncü mərəbəsində 1940-cı il təvəllüdlü Hüseynov Tofiq Valeh oğluna məxsus, ümumi sahəsi 38 kv/m olan birotaqlı mənzildə qaz sızması nəticəsində yanğınla müşahidə olunan yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb.
Yanğın nəticəsində mənzilin 28 kv/m-lik sahəsinin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan 79 yaşlı T.Hüseynov Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibb müəssisəsindən ONA-ya bildirilib ki, T.Hüseynova başın, boyunun, kürəklərin və hər iki yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov