Şəkidə minik avtomobili körpüdən aşıb, ölən və xəsarət alanlar var - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 21:06 12 Yanvar 2021

Şəkidə minik avtomobili körpüdən aşıb, ölən və xəsarət alanlar var - FOTO

Bu gün saat 15:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 56-cı kilometrliyində - Şəki rayonu Daşüz kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə zamanı bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

Qax rayonu Şotovar kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Rəsul oğlu Məcidovun idarə etdiyi “Mercedes-Benz” markalı, 08 BJ 781 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayonu istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olarkən körpüdən aşıb.

Qəza zamanı sürücü R.Məcidovun qardaşı, 1998-ci il təvəllüdlü Kənan Rəsul oğlu Məcidov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Sürücü R.Məcidov və avtomobildə olan digər sərnişin Qax rayonu Turaclı kənd sakini 1998-ci il təvəllüdlü Hüseyn Mədət oğlu Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR