“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.