Şəkidə ot tayası və traktor yanıb
  • HADİSƏ

  • 22:52 09 İyun 2019

Şəkidə ot tayası və traktor yanıb

Şəkidə traktor və ot tayası yanıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Sarıca kəndində qeydə alınıb.

Kənd sakini Mirəli Həsən oğlu Nərimanovun yaşadığı evin həyətyanı sahəsinə yığılmış və sayı 1000 ədəddən çox quru ot bağlaması olan tayada yanğın baş verib. Yanğın genişlənərək yaxınlıqda olan və ev sahibinə məxsus traktorun qoşqusuna da keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Oğuz rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin iki yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb edilib. Yanğın nəticəsində ot tayasında olan 600 ədəddən çox quru ot bağlamsı və traktorun qoşqusu içərisindəki quru ot kütləsi ilə birlikdə yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Teqlər: Şəki yanğın FHN

OXŞAR XƏBƏRLƏR