Şəkidə piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə. Rəsulzadə prospektində naməlum avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurmuş və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxsin Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov olduğu müəyyən olunub. T. Qasımov saxlanılaraq idarə etdiyi avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib.
Vüqar Heydərov