• HADİSƏ

    03:19 16 iyun 2020

Şəkidə taxıl sahələri yanıb

Şəkidə taxıl sahəsi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Şəki rayonunun Çeşməli kəndinin inzibati ərazisinin yaxınlığındakı ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Taxıl sahəsində baş verən yanğın dərhal nəzarətə alınaraq söndürülüb. Yanğın nəticəsində 0,8 hektar ərazidə biçilməmiş taxıl sahəsi yanıb.

Axşam saatlarında isə rayonun Çeşməli kəndinin inzibati ərazisində sakinlərə məxsus taxıl sahələrində də yanğın başlayıb. Yanğın 10 hektara yaxın biçilmiş taxıl sahələrini əhatə edib. Hazırda yanğınsöndürənlər yanğının genişlənərək yaxınlıqdakı biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısını almaq istiqamətində iş aparır.

Faktlarla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR