• HADİSƏ

    17:41 5 iyun 2022

Şəkidə şagird və müəllimlərin olduğu avtobus dərəyə aşıb, yaralılar var - YENİLƏNİB-1

Şəkidə avtobusun aşmasının bəzi təfərrüatları məlum olub.

APA-nın Şimal-Qərb bürosunun müxbirinin verdiyi xəbərə görə, avtobusu idarə edən 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Elyar Əhmədov olub.

Elyar Əhmədovun idarə etdiyi “İsuzu” markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub.

Avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.

Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılar müayinə edilir, şəxsiyyətləri dəqiqləşdirilir.

***

saat 17.06

Şəkidə turistlərin olduğu avtobus aşıb.

APA-nın Şimal-Qərb bürosunun müxbirinin verdiyi xəbərə görə, bu gün saat 16.30 radələrində Şəki şəhəri, Mustafabəyov İstirahət Mərkəzində, dağlıq ərazidə içərisində 25 nəfərə yaxın turist olan “Hundai” markalı avtobus aşıb.

Qəza nəticəsində yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını, şəxsi heyəti və xilasedicilər cəlb olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR