• HADİSƏ

    08:30 1 aprel 2019

Şəkidə QAZ-31 ağaca çırpılıb, sürücü xəsarət alıb

Şəkidə yol qəzasında bir nəfər ağır xəsarət alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki şəhərinin girəcəyində baş verib.

1990-cı il təvəllüdlü, Yevlax rayonu Nərmanabad kənd sakini Səfərov Sərxan Əli oğlunun idarə etdiyi QAZ-31 markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

Qəzadan sonra S. Səfərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssəsindən ONA-ya bildirlib ki, S. Səfərova qapalı kəllə-beyn travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. S. Səfərovun vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR