Şəkidə 13 yaşlı yeniyetmə at arabasından yıxılaraq ağır xəsarət alıb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Babaratma kənd sakini, 2006-cı il təvəllüdlü Eldar Niyaməddin oğlu Salamov hər iki ayağın baldır sümüyünün yerdəyişən qapalı sınığı xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssəsindən ONA-ya bildirilib ki, 13 yaşlı E.Salamov at arabasından yıxılaraq xəsarət alıb. E.Salamovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.