• HADİSƏ

    10:52 3 may 2019

Şəmkir sakininin başından güllələnməsi faktı ilə bağlı 2 maddə ilə cinayət işi başlanıb

Şəmkirdə törədilən qətllə bağlı iki maddə ilə cinayət işi başlanıb.

ONA-nın məlumatına görə, hadisə mayın 2-də rayonun Bayramlı kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu alın nahiyəsindən güllələnərək öldürülüb. Onun meyiti anası tərəfindən aşkar edilib. Hadisənin kimlər tərəfindən hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR