• HADİSƏ

    12:23 28 may 2019

Şəmkir sakininin həyətindən çətənə kolları aşkar olunub - VİDEO

Şəmkir rayonunda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan ONA-ya verilən məlumata görə, mayın 27-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Könüllü kənd sakini Tanrıverdi Verdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 100-160 sm olan 9 ədəd çətənə kolu aşkar olunub. Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə özü becərdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR