• HADİSƏ

    00:32 11 may 2019

Şəmkirdə 16 yaşlı oğlan velosiped sürərkən dərəyə düşüb

Şəmkirdə yeniyetmə oğlan velosiped sürərkən yıxılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kındində qeydə alınıb.

Belə ki, həmin kəndə yaşayan 16 yaşlı Nizami Qasımov velosipedlə hərəkətdə olan zaman dərəyə yıxılıb. Nəticədə o yaralınıb. Ağır bədən xəsarətləri alan yeniyetmə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Onun vəziyyəti ağır olduğundan xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib və dərhal əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR