• HADİSƏ

    16:42 1 aprel 2019

Şəmkirdə 200-dək qəbir dağıdılıb - YENİLƏNİB

Şəmkirin Yuxarı Keçili kəndində 200-dək məzarın qəbir daşlarını sındıran şəxs saxlanılıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, həmin şəxs 1993-cü il təvəllüdlü Nəcəfov Coşqun Sabir oğludur. Kənd icra nümayəndəliyindən onun psixi cəhətdən qüsurlu olduğu bildirilir.

***

14:34

Şəmkirdə dəhşətli hadisə yaşanıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Keçili kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən qəbiristanlıqda 200-dək məzarın qəbir daşları sındırılıb. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Olay yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR