• HADİSƏ

    12:12 29 may 2019

Şəmkirdə avtomobil aşıb, 2 nəfər ölüb

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, mayın 28-də saat 23.00 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Sumqayıt şəhər sakini Şikar Şirinov idarə etdiyi “Daewoo” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini olan həmyerlisi Qorxmaz Əsgərov hadisə yerində ölüblər.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR