Şəmkir rayonunda yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, mayın 28-də saat 21 radələrində Şəmkir şəhərinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Binnət Qasımov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2107” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Budaqov saxlanılıb.
***
Saat 09:07
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şıxəli Qurbanov küçəsində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakini, 57 yaşlı Binnət Qasımov yolu keçmək istəyərkən "VAZ 2107" markalı avtomobil onu vurulub. Nəticədə piyada alıdğı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.