• HADİSƏ

    15:28 26 fevral 2019

Şəmkirdə azyaşlının yanmış qolu amputasiya edilib

Şəmkirdə azyaşlını elektrik cərəyanı vurub.

ONA-nın qərb bürosunun xəbərinə görə, rayonun Dəllər Cəyir kəndində 10 yaşlı Şadxan Hüseynov uşaqlarla gizlənqaç oynayarkən gizlənmək üçün yaxınlıqdakı elektrik transformatorunun arxasında keçib. Bu vaxt uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə azyaşlı ağır dərəcədə yanıq xəsarəti alıb.

Uşaq yaxınların köməyi ilə Gəncədə yerləşən özəl xəstəxanalardan birinə çatdırılıb. Yanıq xəsarətləri böyük olduğundan onun qolu amputasiya edilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR