Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. 20 yaşlı Vüsal Abdiyevin idarə etdiyi "VAZ-21010" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, polis mayoru Xaliq Ələsgərov aldığı xəsarətdən hadisə yerində ölüb. Avtomobilin sürücüsü isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Fuad Nazimoğlu