• HADİSƏ

    22:02 27 yanvar 2020

Şəmkirdə baş vermiş avtoqəzada 3 nəfər ölüb

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin qərb çıxışında qeydə alınıb.

Qəza zamanı "Lexus" markalı minik maşını aşıb. Nəticədə 3 nəfər ölüb. Bunlar 1983-cü il təvəllüdlü Əmiraslanov Ramil Söhrab oğlu, 1977-ci il təvəllüdlü Əmiraslanov Habil Hüseyn oglu və 1973-cü il təvəllüdlü Əmiraslanov Şahin Huseyn oğludur.

Hazırsa hadisə yerində istintaqçılar araşdırma aparır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR