• HADİSƏ

    22:15 25 iyun 2020

Şəmkirdə bazarda baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Şəmkirdə bazarda baş verən yanğın tam söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, "Səbət bazarı"ndakı yanğın söndürülüb və onun yaxınlıqdakı köşklərə keçməsinin qarşısı alınıb.

***

Saat 21:46

Şəmkir rayonunda yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Muxtariyə kəndi yağınlığındakı "Səbət bazarı"nda qeydə alınıb.

Yanğın zamanı bazarda 10-dək köşk yanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və yanğınsöndürən briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR