Şəmkirdə fermadan 43 baş mal-qara oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, ötən ilin noyabrında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Şiştəpə kəndində yerləşən fermadan naməlum şəxs və ya şəxslərin 43 baş xırda buynuzlu mal-qaranın oğurlanması barədə məlumat daxil olub. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş və məhkumluğu qanunla müəyən edilmiş qaydada ödənilməmiş Şəmkir rayon Şiştəpə kənd sakini, 30 yaşlı Səfər Nağıyev saxlanılıb.
Dindirilmə zamanı S. Nağıyev törətdiyi oğurluq hadisəsini etiraf edib və oğurladığı qoyunları Gədəbəy rayonu ərazisində tanımadığı şəxsə satdığını, əldə etdiyi pulu isə xərclədiyini deyib. Faktla bağlı araşdırmalar davam etdirilir.