• HADİSƏ

    19:01 18 mart 2019

Şəmkirdə “Gelandewagen”lə “Pajero” toqquşub, xəsarət alan var

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Şəmkirin “üç yol” adlanan ərazisində qeydə alınıb. “Gelandewagen” markalı avtomobil “Mitsubishi Pajero” markalı maşınla toqquşub. Qəza nəticəsində “Gelandewagen”nin sürücüsü Sabir Məmmədov xəsarətlə Gəncədə yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Qeyd edək ki, S. Məmmədov bizneslə məşğul olur. O, “Gelandewagen”ni yeni alıbmış.

Faktla bağlı araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR